Faşizm üzərində qələbənin 71 illiyi münasibətilə tədbir keçirildi

11.05.2016 Bu gün Fuad Fərhadoğlu adına 230 N-li tam orta məktəbdə Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbənin 71 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə Böyük Vətən müharibəsində faşizm üzərində qələbədə əvəzsiz xidmətləri olan qəhraman oğul və qızlarımızın şücaətindən bəhs edildi və şagirdlərimizin ifasında qələbəni vəsf edən şeir və mahnılar səsləndirildi. Tədbirin sonunda çıxış edən məktəbimizin direktoru Elşən Qafarov dünya xalqları içərisində Azərbaycan xalqının həmişə mərd oğulları ilə tanındığını vurğuladı və tezliklə bu mərd oğulların şücaəti sayəsində işğal altında olan torpaqlarımızın işğaldan azad olacağına inandığını söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi