Qarabağ Azərbaycandır! müsabiqəsinin məktəb mərhələsi yekunlaşıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin təşkili və keçirilməsi barədə 04.12.2020-ci il tarixli F-246 nömrəli əmrinə əsasən müsabiqənin məktəb mərhələsi yekunlaşdı. Qeyd edək ki, məktəb mərhələsində 14 şagird Microsoft Teams - virtual məktəb proqramı üzərindən müsabiqədə iştirak etdi. Müsabiqə Qarabağ zəfərinin şərəfinə 44 sual 5 mərhələdən ibarət olmuşdur. Sonda müsabiqənin finalına 3 şagird Alişova Elmira, Heydərova Yeganə və Mustafayeva Şəmsiyyə yüksəlmişdir. Final mərhələsində şagirdlərə 10 sual təqdim olundu. Bütün sualları tam düzgün cavablandıran Mustafayeva Şəmsiyyə qalib gələrək, müsabiqənin rayon mərhələsində iştirak etmək hüququ qazanmışdır. Şagirdimizi təbrik edir növbəti mərhələdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi