Məktəbimizin fəxri

16 sentyabr 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə bu il ali təhsil müəssisələrinə Xəzər rayonu üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərlə pandemiya qaydalarına uyğun olaraq RİH-nin inzibati binasının qarşısında açıq havada iki mərhələli görüş keçirilmişdir. Görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkilləri Rauf Əliyev, Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iştirak etmişdir. Bu görüşdə məktəbimizi XI A sinif şagirdi Quluzadə Qulu təmsil etmişdir. O , hər iki mərhələnin yekun nəticəsinə uyğun olaraq 633 bal toplayaraq rayon üçüncüsü olmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmuşdur. Biz də şagirdimizi səmimi qəlbdən təbrik edir, ona hər zaman uğurlu yollar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi