Bilik günü

Artıq neçə ildir ki, 15 sentyabr ölkəmizdə "Bilik Günü" kimi qeyd edilir. Şagirdlər yay tətilini geridə buraxaraq həvəslə məktəbə gəlirlər. Lakin mövcud pandemiya şəraiti bu il bütün sahələrə öz mənfi təsirini göstərdiyi kimi təhsil sahəsindən yan keçmədi. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Nazirlər Kabineti yanındakı Operativ Qərargahın birgə göstərişinə də uyğun olaraq yalnız ibtidai sinif şagirdləri əyani şəkildə təhsilə başladılar. Dərs ilinin ilk günündə məktəbimizdə də mövcud pandemiya şəraitində tələb olunan sanitar-epidemioloji qaydalara tam əməl edildi, şagirdlərin hərarəti yoxlanıldıqdan sonra sosial məsafə gözlənilməklə dərs otaqlarına yola salındı. Müəllimlərimiz tibbi vəsaitlərdən , üz sipərlərindən istifadə edərək şagirdlərin sağlamlığının qorunmasına nəzarəti gücləndirdilər. Bütün çətinliklərə baxmayaq biz yenə də bu günün özəlliyini unutmadan müəllim və şagirdlərimizi " Bilik Günü" münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Ümid edirik ki, tezliklə pandemiya şəraiti bitəcək və biz öz şagirdlərimizi doğma məktəbimizdə yenidən həvəslə qarşılayacağıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi