FİBONACCİ intelektual oyunu.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə paytaxtın təhsil işçiləri arasında onlayn olaraq, 15 iyun-Milli Qurtuluş Günü münasibətilə  "Fibonacci" intellektual oyunu keçirilmisdir. Bilik yarışında BŞTİ və Təlimə Dəstək Mərkəzinin əməkdaşları, həmçinin ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərindən ibarət 33 komanda yeddi turda qalibiyyət uğrunda mübarizə aparmışdır. Məktəbimizi bu yarışda tərbiyə işləri üzrə direktor müavini Elzamin Həsənov təmsil edirdi. O, “İstiqlal” komandasının üzvü kimi yarışmada birinciliyə layiq görülmüşdür. Onlayn qaydada təşkil olunan yarışda qalib gəlmiş komandanın üzvlərinə kubok, diplom və hədiyyələr təqdim olunacaq. Məktəbimizi layiqincə təmsil etdiyi üçün Elzamin müəllimə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi