"Son zəng" çalındı.

Əziz məzunlar! Məktəb illəri xatirələrlə, yadda qalan günlərlə doludur. Lakin sizin üçün ən maraqlı və yadda qalan gün ilk dəfə əlinizə çanta alıb birinci sinifə gəldiyiniz gün və on bir il sonra orta məktəbi bitirdiyiniz gün. İlk və son günlər.Düz 11 il əvvəl sizin ilk müəlliminiz olaraq necə həyəcan keçirirdimsə bu gün də həmən hissi keçirirəm.11 İl əvvəl utancaq, həyəcanlı ,bir az da kövrək birinci sinif şagirdi olaraq körpə əllərinizi ananızın əlindən alaraq sinif otağına apardım.Amma bu gün məlum səbəbdən təəssüflər olsun ki, sizlərin yanında ola bilmədim. Əzizlərim bir ana övladına nə arzulayarsa mən də sizə onu arzulayıram.Sizə bu müstəqil həyatda büdrəməməyi xoş firavan gələcək arzulayıram.Harda olursunuz olun.Hansı peşənin sahibi olursunuz olun.Vətənimizə millətimizə layiq olun. Həyat düsturunu tapmaqda Tanrı sizə yar və yardımçı olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi