"Türk Dünyası Birliyi"-mövzusunda virtual layihə yekunlaşmışdır.

TÜRK DÜNYASI BİRLİYİ
Məktəbimizin coğrafiya müəllimi Zümrüd Əliyeva VII ç sinfi ilə layihə hazırlamışdır. Layihə məlum şəraitlə bağlı virtual olaraq həyata keçirilmişdir. Həyata keçirilən layihə ”Türk dünyası birliyi” adlanır və uğurla yekunlaşmışdır. Zümrüd müəllim Türk dünyası haqqında geniş videotəqdimat apararaq şagirdlərmizi istiqamətləndirmişdir. Layihədə 7 müstəqil türk cümhuriyyətləri haqqında, uyğun olaraq şagirdlərimiz videotəqdimatla iştirak etmişlər.
1.Azərbaycan-Mustafayeva Şəmsiyyə
“Qalalar və şəhərlər ölkəsi olan Azərbaycanda toxunan nəfis ipək və zərxaralara heç yerdə rast gəlməzsən. Hər şeyin bol olduğu bu ölkədə əhali, əsasən sənətkarlıq və ticarətlə məşğul olur.”-(Marko Polo)
2.Türkiyə- Qarayev Murad
“Milli mənliyini tapa bilməmiş millətlər başqa millətlərin qulu olar".-(M.K.Atatürk)
3.Qazaxıstan-Qəmbərova Səfurə
Yurdumdan bir xəbər bilirsənsə, de mənə!
Dərdli başım qurban olsun, qurdum sənə!-(Dədə Qorqud)
4. Özbəkistan-Qayıbova Lalə
İstər bir olsun, istərsə də min bir!
Bütün türk elləri ancaq mənimdir.-(Əlişir Nəvai)
5. Türkmənistan-Cavadova Nigar
Amudərya məni al o cəsur dalğaların qoynuna sal.-(Almaz İldırım)
6. Qırğızıstan-Mustafayeva Şəmsiyyə
Torpağı almaq olar, var dövləti almaq olar, lap adamın həyatını da almaq olar, ancaq adamın yaddaşına kim qəsd edə bilər!-(Çingiz Aytmatov)
7. Şimali Kipr Türk Cümhuriyyəti-Qurbanov Sərxan
Türk dünyası birliyi tərkibi, tarixi keçmişi, dil qohumluğu, əxlaqi təfəkkür yaxınlığı, tarix coğrafi məkan, adət ənənə baxımından bir-birinə yaxın xalq və dövlətlərin məcmusudur. Muasir anlamda türklər öz xalqına mənsubluğunu düşünərək ondan qürurlanan, doğruluğun, cəsarətin, mənəvi təmizliyin birliyi kimi qiymətləndirilir. Bu birlik Adriatik dənizindən Çin səddinə kimi uzanan məkanda, tarixin hər bir mərhələsində varlığını qorumaq üçün mübarizə aparmış və müasir dövrdə dünya dövlətləri ilə sıx əməkdaşlıq, dostluq şəraitində yaşamaq istəyində olan dövlət və qurumlardan ibarətdir. Türk xalqlarının ortaq keçmişi, incəsənəti, zəngin folkloru və ümumbəşər dəyərlər naminə birgə çalışmaq arzusu vardır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi