Dünyanı bizim üçün qoruyun.

Məktəbimizin ı d sinif rəhbəri Həşimova Gülnaz və sagirdləri "Dünyanı bizim üçün qoruyun" başlığı ilə dünyaya səsləniblər. Videotəqdimatda şagirdlərimiz istəklərini bir cumlə ilə çatdirmağa çalışmışlar.

1.Biz müharibələrin olduğu dünya istəmirik!

( Məmmədli Zəhra)

2.Biz bombaların partladığı dünya istəmirik! (Musazadə Nihat)

3.Biz uşaqların aclıqdan öldüyü dünya istəmirik!

(Bayramova Dəniz)

4.Biz uşaqların şiddət gördüyü dünya istəmirik! (Abbaszadə Gürşad)

5.Biz meşələrin yandırıldığı dünya istəmirik! (Qəniyev Yusif)

6.Biz zəhərli havanın olduğu dünya istəmirik! (Əhmədzadə Abbas)

7.Biz çirkləndirilmiş ətraf mühit istəmirik!

(Namazlı Fəqan)

8.Biz virus,sağalmaz xəstəliklərlə dolu dünya istəmirik! ( Teymurlu Nərmin)

9.Biz sülh olsun istəyirik! (Talıbzadə Adəm)

10.Sevgi və mərhəmət dolu bir dünya istəyirik! (Şahverdili Məlahət)

11.Biz şən və firavan yaşayaq istəyirik!

(Qurbanov Hikmət)

12.Heç bir uşaq aclıqdan ölməsin istəyirik! (Əhmədov Əhməd)

13.Biz təmiz ətraf mühit istəyirik!

(Məmmədov Vaqif)

14.Biz bomba səslərinin deyil musiqi səslərinin olduğu dünya istəyirik! (Mehtizadə Xədicə)

15.Biz rəqs etmək istəyirik! (Cavadzadə Ayxan)

16.Şeirlər söyləmək istəyirik! (Məmmədli Həsən)

17.Virusun tezliklə bitməsini, məktəbimizdə, təhsil almaq istəyirik! (Quluzadə Eltac)

18.Yaşanılacaq bir dünya istəyirik!!!

(Cabbarlı Aylin)

19.Bu dünya uşaqları qoruyun (Şahverənov Emil)

20.Dünyanı bizim üçün qoruyun!

(Namazlı Xədicə, Mustafayev Ammar,İskəndərov Vusal)

21.Unutmayın böyüyənə qədər sizin müdafiənizə ehtiyacımız var! (Abbasov İsmayıl) 

Videotəqdimat məktəbimizin facebook və youtube səhifələrində də böyük marağa səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi