“Ekoerudit” ekoloji breyn-rinq yarışının zona turu məktəbimizdə keçirilmişdir

04.05.2016 “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə təşkilatçılığı ilə 2015/2016-cü tədris ili üzrə respublika məktəblilərinin “Ekoerudit” ekoloji breyn-rinq bilik yarışının Xəzər rayonu üzrə zona mərhələsi bu gün məktəbimizdə keçirilmişdir. Yarışda məktəbimizin komandası da iştirak etmişdir. Gərgin keçən yarışın sonunda 26 nömrəli məktəb 2-ci yerə, 237 nömrəli məktəb 3-cü yerə layiq görüldü. Yarışın qalibi isə 156 nömrəli məktəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi