STEM təlim texnologiyaları

Azərbaycan Respublikası Təhsil Nazirliyinin son illərdə apardığı təhsil siyasəti sırasında qabaqcıl ölkələrin tədris üsullarından yararlanmaq, innovativ təlim strategiyalarına qoşulmaq da daxildir.Bunlardan biri də "STEM" təlim texnologiyasıdır. "STEM" təlim texnologiyası texniki və təbiət fənlərin tədrisində orta məktəbin ənənəvi nəzəriyyə əzbərlətmə üsullarından fərqli olaraq, “layihə əsaslı öyrətmə” vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını təhsilalanlara aşılayır və Azərbaycanda bütün respublika müəllimlərinin faydalana biləcəyi  innovativ təlim texnologiyası olan STEM-in Azərbaycan təhsilinə inteqrasiyasını və "Kütləvi açıq onlayn kurs" (MOOC) üsulunu özündə ehtiva edir. Hal-hazırda onlayn şəkildə aparılan bu təlim üsulundan ölkəmizin bir çox müəllimləri yararlanmaqdadır. Məktəbimizin gənc müəllimlərindən kimya müəllimi Niftaliyeva Gülüstan, informatika müəllimi Məmmədli Ləman da həmin müəllimlər arasındadır.Gənc müəllimlərimizə uğurlar arzu edirik.İnanırıq ki , əldə etdikləri uğurlu nəticələrlə təhsilimizə yeni rəng qatacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi