#EVDƏQAL,TƏHSİLDƏNQALMA

Məlum məsələdir ki, son günlərdə COVİD19 pandemiyasının bütün dünyanı öz nəzarətinə alması səbəbi ilə ölkəmizdə də karantin rejimi elan edilmiş və təhsil müəssisələri də bu rejimdən kənarda qalmamışdır. Təhsil Nazirliyinin teledərslərə, onlayn dərslərlə imkan yaratdığı bu günlərdə məktəbimizin müəllimləri də öz bacarıqlarını əsirgəmir, innovativ üsullardan yararlanaraq şagirdlərlə mütəmadi məşğul olur, bunun üçün sinif rəhbərlərinin yaratdığı "Whatsapp" qrupları, Zoom və ya Skype proqramlarından səmərəli istifadə edərək şagirdlərinin təhsildən geri qalmaması üçün öz yardımlarını əsirgəmirlər. Bu çətin günlərdə valideynləri birgə əməkdaşlığa dəvət edir, onlara bu işdə müəllimlərimizə yardım etməyə, işbirliyinə dəvət edirik. Eyni zamanda şagirdləri üçün əziyyət çəkən bütün müəllimlərimizə öz təşəkkürümüzü bildiririk. İnanırıq ki , bu çətin günlər tezliklə geridə qalacaq və biz doğma məktəbimizə, doğma şagirdlərimizə qovuşacağıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi