Xocalıya ədalət

Biz səsimizin yetdiyi qədər bu faciənin dəhşətlərini dünyaya hayqırmağa borcluyuq. Bu bizim həm də vətəndaşlıq borcumuzdur.Qloballaşan dünyada bu gün bu iş heç də çətin deyil.Bunun üçün isə vətənpərvər şagirdlər yetirmək , güclü şəxsiyyət formalaşdırmaq lazımdır. Məktəbimizin xarici dil metodbirləşməsinin müəllimləri də bu prinsiplə Xocalı soyqırımı ilə əlaqədər çıxışlar hazırlamış, şagirdlərimiz rus, ingilis dillərində mahnı, şeir parçaları təqdim etmiş, məlumatlar çatdırmışlar. 
Xatırladaq ki, Xocalı soyqırımı 26 fevral 1992-də baş vermiş , 613 nəfər erməni separatçıları tərəfindən amansızca qətlə yetirilmiş , 1275 nəfər əsir götürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.
Biz bu tarixi heç bir zaman unutmamalıyıq.Unutsaq, tarix bizi bağışlamaz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi