20 Yanvar-"Azadlıq salnaməsinin yazıldığı gün"

20 Yanvar-"Azadlıq salnaməsinin yazıldığı gün"
O hüznlü, ağrılı-acılı tarixdən artıq 30 il ötür. Bu gün məktəbimizdə 3ç sinif rəhbəri Sevinc müəllimənin rəhbərliyi ilə "20 Yanvar-azadlıq salnaməsinin yazıldığı gün" adlı tədbir təşkil olundu. 30 il keçməsinə baxmayaraq bu gün tariximizdə həm ağır yaşantıları ilə, həm də yüzlərlə şəhidin canı bahasına qazanılan müstəqilliyin məsuliyyəti ilə qeyd edilir. Tədbir şagirdlərimizin çıxışları ilə başladı, məktəbimizin qonaqlarının çıxışları ilə davam etdirildi. Məktəbimizin adını daşıdığı 20 Yanvar şəhidi Fuad Fərhadoğlunun ailə üzvləri , Daxili İşlər Nazirliyinin əməkdaşı Rövlan Rüstəmov, Xəzər Rayon İcra Hakimiyyətinin məsul işçisi Çərkəz Tanrıverdiyev də tədbirdə çıxış edərək o gecənin kədərini bölüşdülər. Daha sonra məktəbimizin direktoru Tamilla xanım və tərbiyə işləri üzrə müavin Elzamin müəllim həm də azadlıq salnaməsi hesab edilən bu günün özəlliklərini vurğuladılar. Tədbirdən sonra şəhidimizin məzarı ziyarət edildi.
Allah şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi