"İgid əsgər, möhkəm dayan" adlı əsgərlərimizə dəstək tədbiri keçirildi

26.04.2016-cı il tarixi Fuad Fərhadoğlu adına 230 N-li tam orta məktəb tarixində daha bir əlamətdar gün kimi yadda qaldı. Şanlı Azərbaycan ordusuna dəstək məqsədi ilə Əməkdar artist Ağalar Bayramov və hərbi vətənpərvərlik mahnılarının əvəzsiz ifaçısı Şəmistan Əlizamanlının iştirakı ilə "İgid əsgər möhkəm dayan" adlı tədbir keçirilmişdir. Tədbirdə qonaq qismində Xəzər rayon ictimayəti, rayon idarə-təşkilat rəhbərləri, hərbi ekspert Üzeyir Cəfərov, rayon məktəblərinin şagird, müəllim kollektivi və cəbhədə baş verən son döyüşlərdə şəhid olmuş əsgərimiz Kamran Şirəliyevin valideynləri iştirak edirdi. Tədbir dövlət himninin səslənməsi ilə başladı və Ağalar bayramovun "Azərbaycan Bayrağı" adlı şeirinin ifası ilə davam etdi. Şagirdlərimizin səsləndirdikləri "Qarabağ bizimdir bizim olacaq", "Şəhidlər ölməz vətən bölünməz", "Vur, keç səngəri, Azərbaycan əsgəri", "Biz hamımız Mübarizik" şüarları tədbiri daha da canlandırdı. Tədbir boyu davam edən Ağalar Bayramovun və Şəmistan Əlizamanlının Vətənimizi, ordumuzu tərənnüm edən möhtəşəm ifaları tamaşaçıların sürəkli alqışları ilə müşayət olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi