"Global Education Awards" müsabiqəsi-"ilin innovativ müəllimi"

Bu günlərdə keçirilən beynəlxalq "Global Education Awards" müsabiqəsinə müraciət edib qalib olan gənc müəlliməmiz Bəhramova Ülviyyə müəllimə innovativ fikirlərinə, gördüyü işlərə, çıxışlarına görə dünya səviyyəsində "ilin innovativ müəllimi" kimi seçilib. Dubay şəhərində təşkil edilən mükafatlandırma mərasimində 30-dan çox ölkənin nümayəndələri arasında (Fransa, Yunanıstan, Türkiyə, Banqladeş, Fələstin, Cənubi Afrika, Hindistan, Misir, Monqolustan, Filippin ve s) Ülviyyə müəllimənin adının Azərbaycan iştirakçısı kimi qeyd olunub mükafatlandırılması bizim üçün böyük sevincdir. Eyni zamanda gənc müəlliməmiz orada seçilmiş 8 nəfərlik panel iştirakçısından biri kimi "Robotic teachers: Boon or Bane" yeni robot müəllimlər real müəllimləri əvəz edə bilərmi?" mövzusu ətrafında çıxış etmişdir.
Bu uğuru məktəbimizin müəlliminin qazanması bizim üçün fəxrdir. Bu gün məktəbimizin direktoru Tamilla xanım da Ülviyyə müəllimə ilə görüşərək onu təbrik etdi.Onun uğurunun əhəmiyyətini qeyd etdi, yeni uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi