"Əlvida, qızıl payızım"

6 dekabrda Bakı şəhəri Xəzər rayonu Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə "Əlvida, qızıl payızım" adlı tədbir keçirilib.

Tədbirdə 3ç sinif şagirdləri payız fəslinin ümumi xüsusiyyətləri haqqında bilgilər verib, şeirlər və mahnılar səsləndiriblər. Tədbirin idea müəllifi və təşkilatçısı Sevinc Səfərova çıxış edərək bildirib ki, şagirdlərimiz tək payız fəslində deyil, ilin bütün fəsillərində elm axtarışında olmalı, mütaliə etməli, tədqiqat aparmaq vərdişlərinə yiyələnməlidirlər Daha sonra çıxış edən məktəbin direktoru Tamilla xanım qeyd edib ki, belə maarifləndirici tədbirlər hər zaman şagirdlərin maraq dairəsindədir.Bu səbəbdən də şagirdlərin dünyagörüşünün formalaşması üçün bu cür tədbirlərin keçirilməsi vacibdir.
Tədbir şagirdlərin hazırladığı milli rəqslər və qızıl payız mövzusunda sərginin təqdimatı ilə başa çatıb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi