"Bilik günü" qeyd edildi

Sentyabrın 16-da qeyd edilən Bilik günündə qonaqlar müəllimlər, valideynlər və şagirdlərə yeni tədris ilində uğurlar dilədilər. Məktəbin direktoru Fəridə Bağırova çıxış edərək, keçən tədris ilində qazanılan müvəffəqiyyətlərdən danışdı və şagird və müəllimləri uğurlara səslədi.

Qonaqlar – Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sabir Abbasəliyev, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Sevinc Əzimova, məktəbimizin fəxrlə adını daşıdığı Milli Qəhrəman Yuri Kovalyovun qızı və qardaşı, Veteranlar şurasının sədri Rəcəb müəllim çıxış edərək şagirdlərin Bilik gününü təbrik etdilər. Sonra birincilər şeirlər söylədilər, məktəbin xoru mahnı ifa etdi. Birinci zəng  11-cilərin 1-ciləri müşayiət etməsi ilə təntənəli surətdə səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi