Füzuli sənətkarlığı

IX sinif şagirdləri ilə təlim tərbiyə işləri üzrə direktor müavini Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Tağıyeva dahi Azərbaycan şairinin həyat və yaradıcılıq yolunun tədqiq edilməsi barədə söhbət aparıb. Mir Cəlalın “Füzuli sənətkarlığı” elmi kitabını vərəqləyən şagirdlərə bildirilib ki, Mir Cəlal Azərbaycan füzulişünaslığının əsasını qoyanlardan biri olmuş, Füzuli irsinin ən qabaqcıl tədqiqatçısı kimi tanınmışdır. Bu əsər Füzuli yaradıcılığının bütün mahiyyətini, onun sənət idealının – eşqinin və poetik xüsusiyyətlərinin rəngarəng keyfiyyətlərini açan və bizi klassik dünyamızla bağlayan əsərdir. Şagirdlərə bu əsər Füzuli yaradıcılığının mahiyyətini daha yaxından anlamağa kömək edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi