"Yaşıl kart" təqdim edilib

Məktəbdə “Şagird davranış qaydaları”nın tətbiqi davam edir. Şagirdlərə nizam-intizam nailiyyətlərinə görə şagird davranış qaydalarında qeyd olunan “Yaşıl kart” təqdim edilib.

Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” adlı çərçivə sənədinin tətbiqinə başlanıldıqdan sonra məktəbimizdə təlim-tərbiyə mühitində əsaslı müsbət dəyişikliklər nəzərə çarpır. Şagirdlərin geyimində, davranışında, müəllimlərə, rəhbərliyə münasibətində, akademik nəticələrində bu dəyişiklik aydın şəkildə özünü büruzə verir. Valideynlərdə yaranmış məsuliyyət hissi, şagirdlərdə korreksiyaedici tədbirlərə cəlb edilməmək cəhdləri, yaşıl kart uğrunda sağlam mübarizə bu qənaəti bir daha təsdiq edir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi