Polad Həşimovun xatirəsi yad edilib

5c sinif şagirdləri müəllimləri Sevda Qasımova və Zülfiyyə Məhərrəmovanın təşkilatçılığı ilə General-mayor şəhid Polad Həşimovun anım günü ilə əlaqədar təşkilat saatı keçiriblər. Təşkilat saatında Polad Həşimovun həyat yoldaşı Ofelya xanım, şəhid anası Arzu xanım, məktəb rəhbərliyi və qazilər iştirak ediblər.

Təşkilat saatında Azərbaycan Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Təşkilat saatının sonunda qonaqlar çıxış edib. Daha sonra şəhid məzunlarımızın xatirə kompleksi önünə gül dəstələri qoyulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi