Yay-tədris tapşırığı alan şagirdlərin tapşırıqları qəbul edilib

2024-2025-ci tədris ilində V-VIII siniflərdən müxtəlif fənlər üzrə yay-tədris tapşırığı alan şagirdlərin tapşırıqları qəbul edilib. Əvvəlcədən təsdiqlənmiş qrafikə uyğun olaraq keçirilən imtahanların vaxtı, imtahanı aparacaq müəllimlər, keçiriləcək kabinetlər barədə valideynlər və şagirdlər məlumatlandırılıb. Metodbirləşmə rəhbərləri, komissiya üzvləri və məktəb rəhbərliyi bu imtahanlarda iştirak edib. Həmin şagirdlərin yenidən bilik qiymətləndiriləsi aparılıb və şagirdlər növbəti sinfə keçirilib.
Qeyd edək ki, şagirdin yay-tədris tapşırığını yerinə yetirməsi müəllimin suallarına verilən cavablarla müəyyən edilir və qiymətləndirilir. Qeyri-kafi qiymət alan şagirdlər isə təkrar sinifdə saxlanılır.