Əsəd Əsədlinin xatirəsi yad edilib

Nizami rayon Yeni Azərbaycan Partiyası və məktəbimizin təşkilatçılığı ilə şəhid məzunumuz Əsəs Əsədlinin əziz xatirəsi yad edilib. Tədbirdə Nizami rayon İcra hakimiyyətinin nümayəndələri, Nizami rayon Yeni Azərbaycan Partiyasının nümayəndələri, şəhidin ailə üzvləri və digər şəhid anaları iştirak edib.

İlk öncə Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha Əsəd Əsədli haqqında film nümayiş etdirilib.

Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib. Sonda qonaqlar çıxış edib. Bildiriblər ki, Əsədin qəhrəmanlığı, fədakarlığı şagirdlərə bir örnəkdir. Şəhidlər unudulmur və onları yaşatmaq bizlərin borcudu. Həmçinin şəhidə dərs deyən müəllimlər çıxış edərək şəhidlə bağlı xatirələrini qonaqlarla bölüşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi