“Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi”ndə ekskursiyada

5ç sinif şagirdləri müəllimləri İlqar Əliyevin təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılmış “Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi”nə ekskursiya ediblər.

Ekskursiya zamanı şagirdlər muzeyin tarixi haqqında məlumatlandırıldıqdan sonra muzeylə yaxından tanış olublar. Belə ki, ekskursiya zamanı Arxeoloji-Etnoqrafik muzey kompleksi, Qala qəsri, Əntiq Əşyalar muzeyi və tullantılardan hazırlanmış əl işlərindən ibarət muzeyin hər biri ilə yaxından tanış olublar.

Sonda “Fantaziya” (Səyyar) sirkində olublar. Sirkdə biri - birindən gözəl çıxışları ilə Ukrayna, Kazaxstan, Moldova və Özbəkistan artistləri çıxış edib. Proqram 2 saat 20 dəqiqə dəqiqə davam edib, bu müddət ərzində akrobatların, gimnastların, kloun və janqlyorların çıxışı, mono velosiped və sərbəst pilləkəndə müxtəlif hərəkətlər, ekvilibr gimnastların çıxışları şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi