"Son zəng" tədbiri keçirilib

Məktəbdə "Son zəng" tədbiri keçirilib. Tədbir öncə məktəbin XI sinif şagirdlərinin səhnəyə dəvət olunması ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət himnini səsləndirilib. Həmçinin, Ulu öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış üçün ilk söz alan məktəbin direktoru Vüsalə Məmmədova məzun olan şagirdlərə uğurlar arzulayaraq məktəbin fəaliyyətindən və nailiyyətlərindən danışıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Qəhrəman Yuri Kovalyovun qardaşı Vitali Kovalyov  və digərləri də öz fikirlərini bölüşüblər. XI sinfi başa vurmaları münasibətilə məzunları təbrik edib, onlara gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb və şagirdlərin vətənə, xalqa, dövlətə layiqli gənclər, şəxsiyyətlər kimi yetişəcəyindən əmin olduqlarını bildiriblər.

Çıxışçılar, həmçinin Ümumilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı da danışaraq, Ulu Öndərin uğurlu siyasəti və Azərbaycan xalqı üçün gördüyü işlərdən söz açıblar. Həmçinin çıxış edən məzunlar və onların valideynləri dövlətin məktəbə, təhsil işçilərinə yaratdığı şəraitdən, istedadlı şagirdlərə göstərdiyi diqqətdən danışıblar.

Son zəng tədbirində məktəbin XI sinif şagirdləri müxtəlif rəqs nümunələri, ədəbi kompozisiyalar nümayiş etdirib, ürək sözlərini deyiblər.

Sonda isə XI üçün son zəng çalınıb, onlar müəllimlərlə sağollaşıb və məktəb həyatı ilə vidalaşıblar.

https://www.facebook.com/100064040982749/posts/664393825705311/?mibextid=rS40aB7S9Ucbxw6v

https://edu.gov.az/az/news-and-updates/20051-1

https://missiya.az/az/son_xeber/44967-229-nomreli-tam-orta-mektebde-son-zeng-tedbiri-kecirildi.html

https://www.facebook.com/bakuedu.gov.az/videos/1006593063685071/?mibextid=rS40aB7S9Ucbxw6v

https://www.facebook.com/100002447298044/posts/6218255054932676/?mibextid=rS40aB7S9Ucbxw6v

https://youtube.com/watch?v=YEg0J2PQYtk&feature=share

https://www.youtube.com/watch?v=b6sC0Evq7bg

https://www.facebook.com/100046108912004/posts/827062885507334/?mibextid=rS40aB7S9Ucbxw6v

https://fb.watch/l9D13noGzI/?mibextid=2Rb1fB

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi