“Say sistemi” mövzusunda açıq dərs keçirilib

İnformatika aylığı çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq məktəbimizin rəqəmsal bacarıqlar fənninin müəllimi Aygün Rəhimova 7C sinif şagirdləri ilə “Say sistemi” mövzusunda açıq dərs keçirib. A.Rəhimova şagirdlərə Say sisteminin nə olduğunu, onluq say sistemindən ikiliyə və əksinə çevrilmə alqoritmini izah edib. Slaydlar üzərindən müzakirələr aparılıb. Şagirdlərə "28 may", "9 may" kimi əlamətdar tarixlərin ikilik say sistemində kodlaşdırılması tapşırılıb. Şagirdlər tapşırıqları yerinə yetirərək çevrilmə alqoritmini dərindən mənimsəyiblər. Nəticələr təhlil edilib. Sonda şagirdlər platforma tapşırıqlarını yerinə yetirib. Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Tağıyeva və informatika müəllimi Solmaz  Paşayeva iştirak edib. Onlar şagirdlərin işlərini təqdir edərək, onlara uğurlar arzulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi