“Telekonfrans” mövzusunda açıq dərs keçirilib

10B sinfində informatikada dərsində “Telekonfrans” mövzusunda açıq dərs keçirilib. Müəllim Günay Cəfərli şagirdlərə konfrans və telekonfrans anlayışlarını izah edib, həyatımızdakı rolu və önəmi haqqında müzakirələr aparılıb. Şagirdlər praktiki olaraq proqram yükləmə, proqram quraşdırma, proqramda telekonfrans yaratma bacarıqlarını nümayiş etdiriblər. Dərsin əyani olaraq mənimsənilməsi üçün 165 və 312 nömrəli məktəblə Microsoft Teams platforması üzərindən telekonfrans yaradılıb. Açıq dərs “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü”nə təsadüf etdiyindən şagirdlər dərsə bu günün önəmi haqqında da fikir mübadiləsi aparıblar. Həmçinin Beynəlxalq telekonfranslar haqqında da söhbət açıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi