Təqdimatlar hazırlanıb

Bugünkü rəqəmsal bacarıqlar fənni üzrə  dərslər Ulu öndər Heydər Əliyevin 100 illiyinə və “9 May – Qələbə Günü”nə həsr edilib. Belə ki, proqram üzrə V-VI siniflərdə təqdimatların hazırlanması və təqdim edilməsi mövzusunun təkrarı olduğundan şagirdlər müəllimləri Solmaz Paşayeva, Aygün Rəhimova və Nərmin Kərimovanın təşkilatçılığı ilə Ulu öndər H.Əliyevə və “9 May – Qələbə Günü”nə aid təqdimatlar hazırlayıblar. Dərs zamanı rus bölməsinin şagirdlərinin hər biri ayrı-ayrılıqda təqdimatlar hazırlayıb. Təqdimatları təqdim edən şagirdlər Ulu öndərin həyat və fəaliyyətindən, təhsil sahəsində gördüyü işlərdən və bu qələbədə Azərbaycanın önəmli yerindən, Azərbaycan xalqının qəhrəmanlığından, göstərdikləri sücaətlərindən söz açıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi