The World needs Peace

Sevinc Quliyevanın təşkilatçılığı ilə VI, VII, X və XI sinif şagirdlərinin iştirakı ilə ingilis dilində "The World needs Peace" (Dünyanın sülhə ehtiyacı var) adlı tədbir keçirilib. Tədbirdə səhnəyə Azərbaycan Respublikasının Dövlət bayrağı gətirildikdən sonra, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözüylə ingilis dili müəllimi S.Quliyeva açaraq qonaqları salamlayıb.
Tədbirin keçirilməsində məqsəd insanları sülhə, patriotizmə və bir-birinə qayğı göstərməyə dəvət etməkdən ibarət olub.

Tədbirdə şagirdlər sülh haqqında şeirlər söyləyib, mahnılar ifa ediblər. Sonda mövzuya uyğun olaraq sülh göyərçinləri səmaya uçurulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi