Təşkilat saatları keçirilib

Aprel döyüşlərinə həsr edilmiş təşkilat saatları keçirilib. Təşkilat saatında  şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Aprel döyüşləri haqqında məlumat verilib, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Bildirilib ki, Aprel döyüşləri 2016-cı ilin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini müxtəlif istiqamətdə atəşə tutması nəticəsində 4 gün davam edən hərbi münaqişədir. Aprel döyüşləri müasir hərb tariximizin qəhrəmanlıq səhifəsi, tarixi Zəfərin başlanğıcıdır.  

Aprel döyüşlərini məğrur, başıdik, xalqımızın qəhrəmanlıq salnaməsi kimi qarşılayırıq. Apreldə baş verənlər həm də onu göstərdi ki, qüdrətimiz qarşısında Ermənistan və onun havadarları çox cılız göründü və sübut etdik ki, bizimlə heç kim təhdid dilində danışa bilməz. Amma Vətən bu şərəfli əməliyyatda şəhid verdi. Qəlbimizin dərin guşəsinin əbədi sevimliləri olan Aprel əfsanəsi olan şəhidlərimizi qürurla anır, ruhları qarşısında baş əyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi