Təşkilat saatları keçirilib

Aprel döyüşlərinə həsr edilmiş təşkilat saatları keçirilib. Təşkilat saatında  müasir hərb tariximizin qəhrəmanlıq səhifəsi, tarixi Zəfərin başlanğıcı olan Aprel döyüşləri haqqında geniş məlumat verilib, vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Bildirilib ki, Aprel döyüşləri 2016-cı ilin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini müxtəlif istiqamətdə atəşə tutması nəticəsində 4 gün davam edən hərbi münaqişədir.

Aprel döyüşləri qələbəmizin başlanğıcı, müstəqil Azərbaycanın şərəf tarixidir. Aprel döyüşlərini məğrur, başıdik, xalqımızın qəhrəmanlıq salnaməsi kimi qarşılayırıq. Aprel əməliyyatında Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz mübarizə əzmini ortaya qoyaraq peşəkarlıq, yenilməzlik nümunəsi kimi təqvimimizi şərəfləndirdi. Apreldə baş verənlər həm də onu göstərdi ki, qüdrətimiz qarşısında Ermənistan və onun havadarları çox cılız göründü və sübut etdik ki, bizimlə heç kim təhdid dilində danışa bilməz. Amma Vətən bu şərəfli əməliyyatda şəhid verdi. Qəlbimizin dərin guşəsinin əbədi sevimliləri olan Aprel əfsanəsi olan şəhidlərimizi qürurla anır, ruhları qarşısında baş əyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi