Aprel döyüşlərinə həsr edilmiş xüsusi dərslər keçirilib

Aprel döyüşlərinə həsr edilmiş xüsusi dərslər keçirilib. Dərslərdə bildirilib ki, Aprel döyüşləri 2016-cı ilin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini müxtəlif istiqamətdə atəşə tutması nəticəsində 4 gün davam edən hərbi münaqişədir. Aprelin 5-i Azərbaycan ordusunun üstünlüyü ilə yenidən atəşkəs elan olunub.  

Aprel döyüşləri bir neçə il sonra əldə edilən tarixi Zəfərin başlanğıcı oldu. Ümumiyyətlə, müasir hərb tariximizin qəhrəmanlıq səhifəsi olan Aprel döyüşləri Prezident İlham Əliyevin sərkərdəliyi altında uğurlu olmaqla yanaşı, həm də düşmənə son otuz ildə endirilən ən ağır zərbə oldu. Pərən-pərən salınan düşmən ordusu qəhrəman əsgərlərimiz qarşısında miskin duruma düşdü. Ermənistan hərbi ekspertləri 44 günlük müharibədən sonra etiraf etdilər ki, onların məğlubiyyətinin əsası 2016-cı ilin aprelində qoyuldu. Çünki Ermənistan hərbi-siyasi hakimiyyəti Aprel döyüşlərini düzgün təhlil edə bilmədilər.

Aprel döyüşləri qələbəmizin başlanğıcı, müstəqil Azərbaycanın şərəf tarixidir. 7-ci ildir ki, Aprel döyüşlərini məğrur, başıdik, xalqımızın qəhrəmanlıq salnaməsi kimi qarşılayırıq. Aprel əməliyyatında Prezident İ.Əliyevin rəhbərliyi ilə ordumuz mübarizə əzmini ortaya qoyaraq peşəkarlıq, yenilməzlik nümunəsi kimi təqvimimizi şərəfləndirdi. Apreldə baş verənlər həm də onu göstərdi ki, qüdrətimiz qarşısında Ermənistan və onun havadarları çox cılız göründü və sübut etdik ki, bizimlə heç kim təhdid dilində danışa bilməz. Amma Vətən bu şərəfli əməliyyatda şəhid verdi. Qəlbimizin dərin guşəsinin əbədi sevimliləri olan Aprel əfsanəsi olan şəhidlərimizi qürurla anır, ruhları qarşısında baş əyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi