Konfrans keçirilib

Məktəbin tarix fənni üzrə “Zəfər yolu” dərnəyində dərnək üzvləri müəllimləri Şəlalə Hüseynovanın rəhbərliyi ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçiriblər. Şagirdlər ulu öndər H.Əliyevin həyat və fəaliyyətindən danışıblar. Azərbaycana rəhbərlik etdiyi müddətdə xalq üçün gördüyü tədbirlər haqqında məlumat veriblər. Azərbaycanın inkişafı və çiçəklənməsində rolundan, xalqımız üçün, təhsilin inkişafı üçün gördüyü işlərdən söhbət açıblar, H.Əliyevin dəyərli kəlamlarından sitatlar gətiriblər.

Sonda vurğulanıb ki, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi