“Erkən nikaha yox!” adlı maarifləndirici tədbir keçirilib

9C sinfində məktəbin biologiya müəllimi Nabat Məmmədova “Erkən nikaha yox!” adlı maarifləndirici tədbir keçirib. N.Məmmədova çıxış edərək bildirib ki,  erkən nikah yaşı 18-dən az olan insanların nikaha daxil olmasıdır. Cəmiyyətin ən qlobal problemlərindən biridir. Erkən nikahlar məcburi və könüllü olur. Belə nikahlar oğlan və qızlar üçün böyük bir travmadır. Erkən nikahlar ailədə depressiyaya, zorakılığa, bəzən də intihara səbəb olur. Erkən nikah gəncləri savadsızlığa düçar olmaq, öz hüququnu bilməyən, zorakılığa məruz qalmaq kimi hallarla qarşılaşdırır. Ailə qurulanda çox problemlər yaranır. Ailə daxilində həm sosioloji, həm də psixoloji problemlər yaranır. Bu problemləri aradan qaldırmağa onların gücü çatmır. Dünyaya gətirdikləri uşaqlar çox zaman sağlam olmurlar. Bizim ölkəmizdə də erkən nikahlara rast gəlinir, xüsusən də cənub bölgəsində. Erkən nikahlar zamanı uşaqların zehni yetişkənliyi olmadıqda yeni doğulmuş uşaqlara baxa bilməməyə səbəb olurlar. Ailə qurmaq hər zaman vardır. Sağlam ailə qurmaq, sağlam gələcək deməkdir. Biz elə etməliyik ki, erkən nikahlar olmasın. O, uşaqların uşaqlıq həyatı əllərindən alınmasın. Uşaqlara həyatı başa düşməyi öyrətmək, savadlı olmağı bildirməliyik. İnsan savadlı olduqda belə hallara heç vaxt yol verməz. Bir sözlə biz hamılıqla “Erkən nikahlara yox deməliyik”!

Müəllimin çıxışından sonra şagirdlər hazırladıqları təqdimatları təqdim edib, erkən nikahın baş vermə səbəbləri, ziyanları haqqında diskusiya ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi