Ümumdünya Mülki Müdafiə Günü

1 Mart bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu tarix 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilir.
Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir.
Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
Məktəbin hərbi rəhbəri Qədir Daşdəmirov 1 Mart Mülkü Müdafiə Günü haqqında şagirdlərə məlumat verib. Şagirdləri əyani surətdə fövqəladə hallar baş verdiyi zaman necə davranmaq lazım olduğunu nümayiş etdirib.
Həmçinin məktəbin foyesində bu günlə bağlı guşə və stend hazırlanıb.