Şagirdlərə ""Şagird davranış qaydaları" izah edilib

Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində pilot olaraq “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın tətbiq olunması davam edir.

Bu dəfə  6C sinif rəhbəri Günel Əsgərova “Şagird davranış qaydaları” mövzusunda təşkilat saatı keçirib. Təşkilat saatında 6 bölmə üzrə müəyyənləşmiş “Şagird davranış qaydaları” izah edilib və bildirilib ki, “Şagird davranış qaydaları” sənədi təhsilalanların hüquq və vəzifələrini təmin etmək məqsədilə məktəbdə nizam-intizamı tənzimləyən qaydaları müəyyən edir. Daha sonra şagirdlərin də fikirləri dinlənilib və sualları cavablandırılıb.

Sonda şagirdlər bu qaydalara riayət edəcəklərini bildiriblər. Həmçinin qeyd ediblər ki, məktəb həyatında həyata keçiriləcək həm rəğbətlənmə, həm də tövsiyə olunan intizam tədbirləri ilə nümunəvi davranışa nail olunacaq, yəni nizam-intizam, sosial məsuliyyətlilik və akademik nailiyyətlərə nail olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi