“Təbii fəlakət – zəlzələ” mövzusunda təşkilat saatı keçirilib

8Ç sinif şagirdləri müəllimləri Lətafət Məmmədovanın təşkilatçılığı ilə “Təbii fəlakət – zəlzələ” mövzusunda təşkilat saatı keçiriblər. Təşkilat saatında L.Məmmədova şagirdlərə təbii fəlakətin yaranması, səbəb olduğu can, mal itkisi, qısa zamanda meydana gəlməsi və son olaraq insanlar tərəfindən əngəllənə bilməməsi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, zəlzələ ən çox dağıdıcı qüvvəyə malik təbii fəlakətdir. Həmçinin L.Məmmədova şagirdlərə zəlzələdən qorunma yolları haqqında məlumat verib və bu haqda videgörüntü izlənilib.

Daha sonra şagirdlərə qardaş Türkiyədə baş vermiş ürəkparçalayan zəlzələ, onun fəsadları haqqında da danışılıb.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi