Əliağa Kürçaylı anıldı

Məktəbin kitabxana müdiri Aynur Xəlilova, direktor müavini Şəfəq Ələsgərova, Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Ağayevanın təşkilatçılığı ilə tanınmış şair, dramaturq, tərcüməçi Əliağa Vəliyev Həsənağa oğlunun (Əliağa Kürçaylı) anım günü ilə əlaqədar dəyirmi masa keçirilib. A.Xəlilova keçirilən tədbirin əhəmiyyəti haqqında məlumat verib. Şagirdlər şairin həyat və yaradıcılığından danışıb, şeirlər səsləndiriblər. Dəyirmi masada qeyd edilib ki, Ə.Kürçaylı çoxcəhətli yaradıcılığı ilə “şeirimizin ən uca və barlı-bəhərli budaqlarından” biri olub. O, sənətdə, poeziyada şəxsiyyət idi. Onun şəxsiyyəti ilə sənəti arasında heç bir ziddiyyət, təzad yox idi. “Seçilmiş əsərlər”inə müqəddimədə Ə.Kürçaylı yazırdı: “Yaşasın poeziya!” Şair, əsl şair kimi Ə.Kürçaylı bilirdi ki, əsl poeziya ölmür. Əsl poeziya ölmürsə, demək o da yaşayacaq. Ömrünün sonunacan Ə.Kürçaylı işıq içində, poeziya işığının içində üzdü. Çağdaş Azərbaycan poeziyasında nə o bir kimsəyə bənzədi, nə bir kimsə ona bənzədi. Ə.Kürçaylı bir şair kimi dünənin, bu günün deyil, sabahın da ən böyük şairlərindən biri olaraq daima yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi