Bəxtiyar Vahabzadə anılıb

Yaradıcılığını Vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda mübarizəyə həsr etmiş, milli süurun yetişməsində mühüm rol oynamış və gənc nəslin milli-mənəvi dəyərlər sistemində tərbiyə olunması işinə böyük xidmətlər göstərmiş söz ustadlarımızdan olan B.Vahabzadə rus bölməsinin 7A sinfinin Azərbaycan dili dərsində müəllim Nəzakət Zaidovanın rəhbərliyi ilə anılıb. N.Zaidova B.Vahabzadənin həyat və yaradıcılığı haqqında qısa məlumat verdikdən sonra şagirdlər şeirlər səsləndiriblər. Bildirilib ki, bu gün sevimli şairimiz B.Vahabzadənin ana dilinin taleyi ilə bağlı, vətənimizin torpaqlarının azadlığı ilə bağlı narahatlığına səbəb olan amillər aradan qaldırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi