"Heydər Əliyev Mərkəzi"ndə

7A sinif şagirdləri müəllimləri Ziyamülk Bağışovanın təşkilatçılığı ilə Heyər Əliyev Mərkəzində ekskursiyada olublar. Məqsəd şagirdlərin həftə sonunu səmərəli, şən, maraqlı keçirməsini təmin etmək, dünyagörüşünün artırılması, estetik zövqlərinin formalaşdırılması idi.

Şagirdlər mərkəzin daxilində yerli, eləcə də dünya incəsənət və mədəniyyətinin ən gözəl nümunələrini nümayiş etdirən geniş çeşidli sərgiləri izləyiblər. Mərkəzin əməkdaşı və Z.Bağışova şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar barəsində ətraflı məlumat verərək onları maraqlandıran sualları cavablandırıblar.

Dünya səviyyəsində hazırlanmış sərgi salonları və muzey kompleksi şagirdlərin çox xoşuna gəlib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi