Təşkilat saatları keçirilib

20 Yanvar hadisələrinə həsr olunmuş təşkilat saatları keçirilib. 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Allah şəhidlərimizə rəhmət eləsin!

Təşkilat saatında 20 Yanvar hadisələri haqqında geniş məlumat verilib, şeirlər səsləndirilib. Bildirilib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş və bu hadisələri təhlil etmək, onu düzgün qiymətləndirməklə, həm xalqımızın tarixində çox önəmli və məşəqqətli olaylara yenidən nəzər salırıq, həm də bu qəhrəmanlıq salnaməsinin müəlliflərini – şəhidlərimizin xatirəsini yad edirik.

Həmçinin təşkilat saatında 20 Yanvar hadisələrində şəhid olmuş məktəblilər haqqında da danışılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidentinin 31 mart tarixli fərmanı ilə həmin məktəblilərə “20 Yanvar şəhidi” adı verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi