“Qəribə heyvanlar” mövzusunda dərs tədris edilib

3Ç sinfində Sevil Əliyeva “Qəribə heyvanlar” mövzusunda dərs tədris edib. Dərsdə müəllim ayrı-ayrı ölkələrdəki qəribə heyvanlar haqqında ümumi məlumat verib. Bildirib ki, heyvanlar adlarının, görünüşlərinin qəribəliyi, təhlükəli, yırtıcı, qorxulu olub-olmamaları ilə fərqlənirlər. Müəllimlə yanaşı şagirdlər də araşdırma nəticəsində topladıqları məlumatları təqdim ediblər. Şagirdlərlə birlikdə dünyanın siyasi xəritəsində araşdırdıqları qəribə heyvanların aid olduqları ölkəni də tapmaqda bir-birlərinə kömək ediblər. Sonda şagirdlərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.