“Xarıbülbül” adlı Respublika Uşaq Rəqs Festivalı keçirildi

8 noyabr 2020-ci il – Zəfər Günü Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazılmış gündür. Sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsi düşmən tapdağı altnda olan doğma Qarabağ torpağının işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması və Azərbaycan xalqının tarixi qələbəsi ilə nəticələndi. Vətən müharibəsində Qarabağın nadir gülü sayıln Xarıbülbül şəhidlərin xatirəsinin rəmzinə çevrildi.
“Zəfər Günü”nün təntənəli qeyd edilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərinin ümumtəhsil məktəblərinin rəqs kollektivləri arasında “Xarıbülbül” adlı Respublika Uşaq Rəqs Festivalı keçirildi.
Məktəbimizin 12 yaşlı şagirdlərindən təşkil olunmuş 8 nəfərlik “Kəlağayı” rəqs qrupu qısa vaxt ərzində bu festivala hazırlaşaraq iştirak etdilər. 6 noyabr 2021-ci ildə keçirilən final konsertində yüksək nəticə əldə edərək I yerə layiq görüldü. Şagirdlərimizə yaradıcılıq nailiyyətlərinə görə Fəxri Fərman və qiymətli hədiyyə təqdim olundu.