Şagirdlərimiz "Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası"nda "Nağıl saatı"nın qonağı oldular

Məktəbimizin kitabxanaçısı İradə Ağayeva və məktəbin VII sinif şagirdləri “Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası”nda “Nağıl saatı”nın qonağı oldular. Bugünkü “Nağıl saatı”nın qonağı uşaq yazıçısı Zahid Xəlil idi. Görüş kitabxananın böyük oxu zalında keçirildi. Uşaqların sevimli yazıçısı Z.Xəlil oxuculara həyat və yaradıcılığı haqqında danışdı. Daha sonra yenicə nəşr olunmuş “Dəmir Yumruq” adlı kitabı haqqında geniş  məlumat verdi. Z.Xəlil şagirdlərin xahişi ilə kitabdan “Dəmir Yumruq”, “Poladın igidliyi”, “Bayrağım” kimi bir sıra vətənpərvərlik ruhunda qələmə alınmış şeirlərini səsləndirdi.

Görüş zamanı Z.Xəlil şagirdlərlə maraqlı diskussiyalar apardı, məktəblilərin söylədikləri şeirləri böyük maraqla dinlədi və onların suallarını cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi