Teymur hər zaman qəlbimizdədir

Şəhidimiz Teymur Osmanlı adına 6 “C” sinfində “Teymur hər zaman qəlbimizdədir” adlı tədbir keçirildi.

Tədbiri 6 “C” sinfinin sinif rəhbəri Səidə Məsimova açdı və sözü sinfin şagirdlərinə verdi. Tədbirdə şagirdlər T.Osmanlının həyatı, döyüş yolundan söz açdılar, şeirlər səsləndirdilər. Musiqi müəllimi Zülfiyyə Məhərrəmovanın rəhbərliyi ilə hazırladıqları mahnıları təqdim etdilər. Şagirdlər öz çıxışları ilə bir daha vətənpərvər ruhda tərbiyə aldıqlarını və Vətən üçün canından keçməyə hazır olduqlarını sübut etdilər.

Şagirdimiz Nərminin Azərbaycan xalqının sevimli şairi olan Baba Vəziroğlunun şəhidimiz Teymura həsr etdiyi “Şəhid əsgər” şeirini səsləndirdikdən sonra məktəbin direktoru Vüsalə Məmmədova çıxış etdi. V.Məmmədova daim şəhidləri qürurla yad etdiyimizi və bunun borcumuz olduğunu vurğuladı.

Tədbirin sonunda isə qonaqlar – şəhidin valideynləri – atası Saday Osmanlı, anası Rəmziyyə Osmanlı, qardaşı Samir Osmanlı, əmisi Ramin Osmanlı, məktəbin direktor müavini Şəfəq Ələsgərova, İngilis dili müəllimi Şəhla Qarayeva çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi