İngilis dilində keçirilən beynəlxalq proqramda qalib olduq

Mərkəzi Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində yerləşən və 2006-cı ildə təsis olunan World Scholar`s Cup (Dünya Alimlər Kuboku) dünyanın 70-dən çox ölkəsində ingilis dilində keçirilən beynəlxalq akademik proqramdır. Artıq 3-cü ildir ki, Azərbaycanda da keçirilən proqramda əsasən İB məktəblərin (tədrisi ingilis dilində olan) şagirdləri iştirak edirlər. Bu il isə 229 nömrəli məktəb olaraq 3 üzvdən ibarət 1 komanda ilə bu proqrama qatıldıq və 7-si qızıl olmaqla 13 medal qazandıq. İştirakçılarımızdan Novruz Əmirov 5 qızıl, 2 gümüş, Nurlana İsmayılzadə 2 qızıl, 2 gümüş, Ayxan Sultanlı isə 2 gümüş medal qazandılar. Məktəbimizi təmsil edən komandamız Çexiyanın Praqa şəhərində keçiriləcək final turuna vəsiqə qazandılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi