VIII sinifləri üzrə monitorinq

Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə VIII sinifləri üzrə monitorinq keçirilib.
Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.
Monitorinq Azərbaycan və rus bölmələrində tədris dili,riyaziyyat və ingilis dili fənni üzrə aparılıb.