Gender bərabərliyi

Məktəb psixoloqları Mehriban Quliyeva və Gülşən Kərimli tərəfindən VIII-XI sinif şagirdləri ilə "Gender bərabərliyi və məişət zorakılığı" mövzusunda seminar keçirildi.
Tədbirdə mövzu haqqında şagirdlərə ətraflı məlumat verildi, maarifləndirici videoçarxlar nümayiş olundu. Sonda gender bərabərsizliyi, ayrı-seçkilik, erkən nigah, məişət zorakılığı mövzusu ətrafında diskussiya aparıldı, şagirdlər öz mövqelərini açıqlayıb, fikirlərini bölüşdülər.