Şəhid məzarları ziyarət edildi

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başlatdığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Bu 44- günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.- Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuşdur.

   Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü, 27 sentyabr məktəb rəhbərliyi, şagird və müəllim kollektivi ilə şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə qəsəbədə yerləşən şəhid məzarlığı ziyarət edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi