"Yaşıl dünya naminə" adlı dərs keçirildi

  16.09.2024 tarixində 2b sinfində ilk dərs "Yaşıl dünya naminə həmrəylik" ilinə həsr olundu. Sinif rəhbəri Ülkər Dərgahova mövzunu ətraflı şəkildə əhatə etmək üçün maraqlı görüntülərin olduğu videoçarxdan, iş vərəqlərindən və şəkillərdən istifadə etdi.
Müəllim şagirdlərlə ətraf mühit üçün yaranan təhlükələrin nələr olduğu barədə söhbət apardı.
Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində hansı işlər görülə biləcəyini və görüldüyünü şagirdlərlə birlikdə araşdırdı.
Şagirdlər öz yaradıcılığından istifadə edərək dünyanı qorumaq üçün hansı vasitələrdən istifadə edə biləcəkləri barədə təkliflər irəli sürdülər.
Sonda şagirdlər "Xoşbəxt dünya " adlı iş vərəqlərini rəngləyərək , dünyanı necə görmək istədiklərini təsvir etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi