" Bilik Günü " qeyd edildi

Bu gün ölkəmizin hər yerində olduğu kimi məktəbdə də  "Bilik günü" bayram tədbiri ilə qeyd olundu. Tədbirdə hamıdan çox sevinən məktəbə ilk qədəm qoyan birincilər idi. 

     Tədbirdə ilk olaraq, Dövlət Himni səsləndi. Daha sonra Vətənimizin azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  

     Direktor Sevinc Sadıqova və məktəbin qonağı Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rüstəm Cəlilov tədbir iştirakçılarını salamlayaraq, xoş diləklərini dilə gətirdilər. 

       Birincilərin hazırladıqları mahnı, şeir, rəqs nömrələri alqış sədaları ilə qarşılandı. 

       Və nəhayət, ilk zəng çalınaraq yeni dərs ili başlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi